Bakıda maşın işıq dirəyinə çırpıldı, bir nəfər öldü

Bakıda maşın işıq dirəyinə çırpıldı, bir nəfər öldü

Bakıda maşın işıq dirəyinə dəyib.

FHN-dən Modern.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 1 nəfərin meyitini (şəxsiyyəti məlum deyil) nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Dosye.org

COMMENTS