Bakıda maskalı şəxslər kişini oğurlamaq istədi

Bir qrup şəxsin zorla qaçırmaq istədiyi kişi polisə şikayət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1973-cü il təvəllüdlü Sahib Xanbutayev fevarlın 15-də Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinə ərizə ilə müraciət edib.

O bildirib ki, fevralın 13-də saat 23:40 radələrində Yeni Suraxanı qəsəbəsi Mirqəzəb küçəsi 14-ün qarşısında 3 nəfər naməlum şəxs onu tanımadığı avtomobilə zorla mindirməyə cəhd edib.

S.Xanbutayev müqavimət göstərdikdə maskalı şəxslər onu yumruqla vurub qaçıblar.

Araşdırma aparılır.

COMMENTS