Bakıda “Mercedes” qadını vurub öldürdü

Bakıda “Mercedes” qadını vurub öldürdü

Binəqədi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, sentyabrın 28-də saat 19 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Zərxanım Allahverdiyevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS