Bakıda piyada keçidində ər-arvadı avtomobili vurub – Ölən və yaralanan var

Bakıda piyada keçidində ər-arvadı avtomobili vurub – Ölən və yaralanan var

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsində baş verib.

Piyada keçidindən keçən, 1963-cü il təvəllüdlü Nəriman Nərimanov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Nərimanova Cəmalə İsmət qızını “Mitsubishi” markalı avtomobil vurub.

C.Nərimanova xəstəxanaya çatdırılıb. N.Nərimanov isə hadisə yerində ölüb. Avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS