Bakıda piyadanı öldürüb qaçan sürücü tutuldu

Bakıda piyadanı öldürüb qaçan sürücü tutuldu

Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Virtualaz.org bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun birgə açıqlamasında belə deyilir.

Bildirilir ki, martın 21-də paytaxtın Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Zahid Ömərov sərxoş halda idarə etdiyi “KamAZ” markalı, 10-UA-651 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolu keçmək istəyən piyada, 1985-ci il təvəllüdlü Abdullayev İsmayıl Yaşar oğlunu vuraraq sonuncunun ölümünə səbəb olub və hadisə yerindən qaçıb. Fakta görə Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Z.Ömərov şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

DOSYE.ORG

COMMENTS