Bakıda polis rəisi niyə döyüldü?

Bakıda polis rəisi niyə döyüldü?

Bu gün Bakı şəhəri Səbayel rayonunda polislərin iştirakı ilə insident yaşanıb

 

Avropa.info-nun əldə etdiyi məlumata görə, Mühafizə Polisində (MP) işləyən polis əməkdaşının avtomobili DYP tərəfindən saxlanılaraq Səbayel rayonunda yerləşən cərimə meydançasına aparılıb.

DYP əməkdaşları maşının üzərində cərimə olduğunu bildiriblər. Mühafizə polisinin əməkdaşı Səbael rayon yol polisi şöbəsinin rəisi Zaur Cəfərovun yanına gedərək, maşını cərimə meydançasından çıxarılmasını tələb edib.

Nəticədə polislər arasında mübahisə yaşanıb, MP-nin əməkdaşı Zaur Cəfərova bir neçə yumruq zərbəsi endirib.

Hadisəni törədən MP əməkdaşı polis tərəfindən saxlanılıb.

COMMENTS