Bakıda qəza: avtomobil və 3 ağac yandı

Bakıda qəza: avtomobil və 3 ağac yandı

Binəqədi rayonunda avtomobilin yanması ilə nəticələnən qəza baş verib

 

Bu gecə Bakının Binəqədi rayonunda avtomobilin yanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Dosye.org FHN-nin saytına istinadən verdiyi xəbərə görə, “Toyota” markalı minik maşınının sürücüsü idarəetməni itirərək avtomobili işıq dirəyinə çırpıb.

Qəza nəticəsində avtomobil yanmağa başlayıb. Ətrafa da sıçrayan alov yaxınlıqda olan 3 ağacın da yanmasına səbəb olub.

Avtomobilin qalan hissəsi və ağaclar yanğından mühafizə olunub.

COMMENTS