Bakıda qadın narkotikdən hamamda öldü

Bakıda qadın narkotikdən hamamda öldü

Bakıda qadın narkotikin təsirindən ölüb.

Dosye.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.

Yasamal rayonu, H. Zərdabi küçəsi ev 78, mənzil 220-də yaşayan Məmmədova Mehriban Fərrux qızının meyiti yaşadığı evin hamamında aşkar edilib.

Hüquq-mühafizə orqanları əməkdaşları meyitə baxış keçirərkən üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Meyitin yanında içərisində narkotik vasitə hesab edilən maye olan şpris aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS