Bakıda qalmaqallı internat məktəbi bağlandı

Bakıda qalmaqallı internat məktəbi bağlandı

Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 7 saylı internat məktəbi bağlanıb

 

Bu barədə Aktual.Az-a məktəbin müəllimlərindən biri məlumat verib.

Onun sözlərinə görə, 7 saylı internat məktəbin bağlanması nəticəsində 130 müəllim və işçi heyyəti işsiz qalıb.

Məlumatda bildirilir ki, hazırda müəllimlər internat məktəbin önündə toplaşıblar: “Ötən gün bizə nazirin əmrini oxudular. Bildirdilər ki, internat bağlanır. Burada çalışanlara 2 aylıq əməkhaqqı veriləcək. Dedilər ki, bu müddət ərzində özünüzə iş tapın. Biz haradan iş tapaq? Əslində, bizi işlə təmin etməlidirlər”.

Xatıraladaq ki, bir müddət öncə Təhsil Nazirliyi 7 yaşlı Nahid Cavadovun döyülərək, yaxud yıxılaraq xəsarət alması ilə gündəmə gələn 7 saylı internat məktəblə bağlı araşdırmalara başladığını açıqlamışdı.

COMMENTS