Bakıda restoranda yanğın olub

Bakıda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 400 m² olan restoranının tüstü bacasında yağ qalıqları, ətrafında şüşə-pambıq üzlüyü və taxta tullantıları yanıb.

Restoran və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

COMMENTS