Bakıda sənaye məhsullarının istehsalı artıb

Bakıda sənaye məhsullarının istehsalı artıb

Bu ilin yanvar-mart aylarında Bakı üzrə sənaye sahəsində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 9,8 mlrd. manat təşkil edib.

ONA-nın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 82,5%-i mədənçıxarma, 15,4%-i emal, 1,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,4% təşkil edib.

İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,2%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,8% təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2019-cu il vəziyyətinə 275,5 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 45,2 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

COMMENTS