Bakıda sevgilisi qadına 8 bıçaq zərbəsi vurub

Bakıda sevgilisi qadına 8 bıçaq zərbəsi vurub

Bakının Sabunçu rayonunda qadın bıçaqlanıb.

DOSYE.ORG APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Şamil Kamilov küçəsində 1984-cü il təvəllüdlü Əliyeva Vüsalə Əliqulu qızı sevgilisi ilə mübahisə edib. Mübahisə zamanı kişi onun bədəninin müxtəlif nahiyyələrinə 8 bıçaq zərbəsi vurub. Yaralı 3 saylı kliniki xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.

COMMENTS