Top.Mail.Ru

Bakıda sevgilisini qətlə yetirən gənc oğlanla bağlı – Yeni xəbər 

Bakıda sevgilisini qətlə yetirən gənc oğlanla bağlı – Yeni xəbər 

Bakıda sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Sərxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlanıb.

“Dosye.org” Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 2-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən il noyabrın 28-i saat 23 radələrində Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində baş verib.

1996-cı il təvəllüdlü Sərxan Məmmədov “Bilyard” çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü Pərvanə İsmayılovanı qısqanclıq zəminində 5 bıçaq zərbəsi vurub.

Pərvin İsmayılova aldığı bıçaq zərbələri nəticəsində ölüb.

İstintaq orqanı tərəfindən Sərxan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

DOSYE.ORG

COMMENTS