Bakıda sexdə iki avtomobil yandı

Təmir sexində dayanmış digər avtomobillər yanğından mühafizə olunub.

Bakının Xətai rayonunda iki avtomobilin yanması ilə nəticələnən yanöın hadisəsi baş verib. ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, rayon ərazisindəki avtomobil təmiri sexində təmirə dayanmış “MERCEDES“ markalı minik avtomobili yanıb. Hadisə nəticəsində yaxınlıqda dayanmış dövlət qeydiyyat nişanı məlum olmayan “HYUNDAI” markalı minik avtomobilinin arxa hissəsi əriyib. Avtomobilin qalan hissəsi və təmir sexində dayanmış digər avtomobillər yanğından mühafizə olunub. Yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb.

COMMENTS