Bakıda silah satan həbs olundu

7-ci dəfə tutulan Əvvəllər 6 dəfə məhkumluq həyatı yaşamış Vyaçeslav Şapovatov yenidən saxlanılıb.

 

Dosye.org APA TV-yə istinadən xəbər verir ki, Nizami RPİ-nin əməkdaşları bu dəfə onu qanunsuz odlu silah saxlamağa və satmağa cəhd etməyə görə yaxalayıblar. Ötən il azadlığa buraxılan Bakı sakini ömrünün 37 il 9 ay 11 gününü həbsdə keçirib.

Saxlanılan şəxs həbsxanaya qayıtmağı özü istəyir: “Ora yaxşıdır , yemək, geyim dərdi cəkmirsən”.

İdarənin müstəntiqi Əkbər Şəmşirli bildirib ki, Keşlə qəsəbəsində həbs olunan şəxs silahı satmaq istəyərkən əməliyyatcılar tərəfindən tutulub. Onun üzərindən AKM markalı avtomatdan başqa, 2 ədəd patron darağı və 10,3 qram marixuana aşkar edilib.

Resedevist adını qazanan Şapatov 7-cı dəfə məhkum olunacaq. 53 yaşlı saxlanılan şəxs ilk dəfə 1978-ci ildə 17 yaşında həbs olunub.

COMMENTS