Bakıda sürücünü döyüb, maşınını əlindən aldılar

Bakıda sürücünü döyüb, maşınını əlindən aldılar

Paytaxtda naməlum şəxslər sürücüyə qarşı quldurluq ediblər.

“Report” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

A.Şərifzadə küçəsində iki nəfər 1969-cu il təvəllüdlü sürücü Xaqani Səfərova yaxınlaşaraq onu döyüb və “Chevrolet” markalı avtomobilini əlindən alıblar.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS