Bakıda taksi sürücüsü üç bıçaq zərbəsi aldı

Bakıda taksi sürücüsü üç bıçaq zərbəsi aldı

Bakıda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, 1-ci mikrorayonda qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Bayramov Habil Rasim oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı təcili yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun qarın boşluğunda və döş qəfəsində üç ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DOSYE.ORG

COMMENTS