Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (Azdrama) koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.
DOSYE.ORG xəbər verir ki, bu barədə teatrdan məlumat verilib.
Məlumatda bildirilir ki, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb: “Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq”.
Yeri gəlmişkən, Azərbaycan Dövlət Rus Dram Teatrında iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.
Mədəniyyət Nazirliyindən redaktor.az-a daxil oan məlumatda bildirilib ki, qərar həmin tamaşalardakı aktyorlardan bəzilərinin COVID-19-a yoluxduğu üçün qəbul edilib: “Teatr fəaliyyətini dayandırmayıb, digər tamaşalar nümayiş etdirilir”.
DOSYE.ORG
COMMENTS