Bakıda tikinti materialları bazarındakı yanğın söndürüldü

Bakıda tikinti materialları bazarındakı yanğın söndürüldü

Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə virtualaz.org-a FHN-dən məlumat verilib.

Əlavə məlumat veriləcək

**01:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın olması barədə məlumat daxil olub.

Virtualaz.org FHN-in saytına istinadən bildirir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

DOSYE.ORG

COMMENTS