Bakının Qaradağ rayonunda istifadəyə yararlı top mərmisi tapılıb.
ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonunda döyüş sursatı aşkarlanması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Mütəxəssislər tərəfindən istifadəyə yararlı olan 1 ədəd 122 mm-lik top mərmisi ərazidən götürülüb.
Əməliyyat saat 00:10-da başa çatıb.
COMMENTS