Bakıda toya hazırlaşan sürücü qəza törətdi – Ölən var

Bakıda toya hazırlaşan sürücü qəza törətdi – Ölən var

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.

Həmin prospektdə yolu keçmək istəyən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Mənsimov Şahin Faiq oğlunu “Mercedes” markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin törədən sürücü saxlanılıb.

Məlumata görə, iyunun 23-də hadisəni törədən sürücünün toy mərasimi olacaqmış.(trend.az)

DOSYE.ORG

COMMENTS