Top.Mail.Ru

Bakıda toyda mübahisə: iki nəfər bıçaqlandı

Bakıda toyda mübahisə: iki nəfər bıçaqlandı

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Binə qəsəbəsində yerləşən “Bənövşə” şadlıq sarayında keçirilən toy məcrsimində qeydə alınıb.

Mərasimdə yaran mübahisə zamanı 2 nəfər – 1989-cu il təvəllüdlü Əliyev Samir Heydər oğlu və 1976-cı il təvəllüdlü Əliyev Elçin Qadir oğlu bıçaqlanıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. S.Əliyev və E.Əliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS