Bakıda tut ağacı aşıb

Dirəklərə və zivələrə ilişərək aşmayan budağın düşməsi məhəllənin yolunu bağlaya bilər.
Ötən gecədən əsməyə başlayan güclü külək paytaxt Bakıda fəsadsız ötüşməyib. ANS PRESS-in məlumatına görə, Yasamal rayonu Süleyman Tağızadə küçəsi 23 ünvanında olan tut ağacının budaqlarından biri aşıb. Dirəklərə və zivələrə ilişərək tam aşmayan budağın yerə düşməsi məhəllənin yolunu bağlaya bilər.

Ötən axşamdan sakinlər yaranmış təhlükə ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlayıb. Ancaq gecə saatlarına və qeyri-iş gününə təsadüf etdiyi üçün zivələrdən asılı qalmış budağın kəsilməsi məsələsi və həmçinin qocaman ağacın taleyi ilk iş günündə öz həllini tapacaq.

COMMENTS