“Bakıda uduzmayacağıq!” – “Partizan”ın baş məşqçisi

“Bakıda uduzmayacağıq!” – “Partizan”ın baş məşqçisi

“Məqsədimiz bəllidir – Avropa Liqasının qrup mərhələsinə düşmək. Hər bir qol epizodundan maksimum yararlanmalıyıq. Bu, daha səviyyəli rəqiblərlə qarşılaşmağımız üçün əla fürsətdir. Öz işimizlə məşğul olmalıyıq. Hər şey özümüzdən asılıdır”.

 

Qol.Az-ın məlumatına görə, bu sözləri “Partizan” klubunun baş məşqçisi Marko Nikoliç Serbiya mətbuatına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin “Neftçi” ilə cavab görüşündə də məğlub olmayacaqlarına əminliyini ifadə edib: “Neftçi”nin də zəif tərəfləri var. Ancaq bu barədə danışmaq istəmirəm. Komandamda olan atmosfer və futbolçuların oyun səviyyələrini artırmaları məni sevindirir. Evdə qalib gəldik, səfərdə də qələbə qazanmağa çalışacağıq. Dekabr ayından bu yana cəmi bir dəfə məğlub olmuşuq. Əminəm ki, Bakıda da bu seriyanı davam etdirəcəyik.

“Neftçi”yə qol vurmaq şansı verməməliyik. Müdafiə və ya hücum futbolu oynacağımızla bağlı danışmaq mənasızdır. Taktiki cəhətdən intizamlı oynamağa çalışacağıq. Biz artıq Belqradda “Neftçi” ilə oynamışıq və onları yaxşı tanıyırıq. Belqradda “Neftçi” və “Ludoqorets”lə görüşlərdə olduğu kimi Bakıda da iki qol buraxacağımızı düşünmürəm. Oyunun əvvəllərində bizdə həyəcan var idi və artıq bunlar həllini tapmalıdır. Futbol 90 dəqiqə oynanılır və hər şeyə final fitindən sonra aydınlıq gəlir. Biz 90 dəqiqə ərzində diqqətli oynamalıyıq”.

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Partizan” oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Belqradda baş tutan görüş 3:2 hesabı ilə Serbiya təmsilçisinin xeyrinə başa çatıb.

COMMENTS