Bakıda yanğın – Xəsarət alan var

Bakıda yanğın – Xəsarət alan var

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyünün taxta atmaları yanıb.

Bu barədə DOSYE.ORG-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

COMMENTS