Bakıda-Yasamal rayonu; Füzuli küçəsi 248-ci məhəllədə Qış bulvarındakı yeraltı piyada keçidinin çıxışı üzərində 5 mərtəbəli bina tikilir.
“Qafqazinfo” xəbər verir ki, piyada keçidindən istifadə edə bilməyən vətəndaşların aktual.az-a etdiyi şikayətlə bağlı, saytın əməkdaşı ərazidə çəkiliş aparıb. Məlum olub ki, tikinti “Qutan” MMC-nin sifarişi ilə “Alpina-A” MMC tərəfindən həyata keçirilir.
Vətəndaşların sözlərinə görə, tikinti başlayandan yeraltı piyada keçidinin çıxışı bağlanıb. Bununla da, insanlar hər gün bu yoldan keçərkən, həyatlarını təhlükəyə atmalı olurlar.
Sakinlərin bildirir ki, müasir standartlara uyğun olan piyada keçidi təzə inşa edilibmişdi, onun tikintisinə ciddi xərc qoyulmuşdu.
Yasamal rayon İcra Hakimiyyətindən aktual.az-a, məsələ ilə bağlı, Bakı Şəhər İcra hakimiyəti ilə əlaqə saxlamağı tövsiyə ediblər.
Bakı şəhər İcra Hakmiyətinin Tikintiyə Nəzarət şöbəsindən Azər Əhmədov tikinti şirkəti haqqında məlumatları qeyd edərək, məsələnin araşdırılacağını deyib:
“Yasamal rayonu üzrə kuratorları bu barədə məlumatlandıracam. Araşdırıldıqdan sonra məsələyə münasibət bildiriləcək”.
Qeyd edək ki, “Yeni Müsavat”-ın 8 Fevral 2012-ci il tarixli sayında “Alpina-A” şirkətinin gerçək sahibinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qardaşı olduğu bildirilir.
COMMENTS