Bakıda yolu keçən 74 yaşlı kişini avtomobil vurub öldürdü

Bakıda yolu keçən 74 yaşlı kişini avtomobil vurub öldürdü

Ötən gün Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı məlumatı Oxu.Az-a hadisə şahidləri veriblər.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

İdarənin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, baş verən yol nəqliyyat hadisəsi zamanı bir nəfər həyatını itirib.

“3 may saat 11:30-da paytaxtın Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü piyadaların hərəkəti üçün nəzərdə tutulmayan yerdən yolu keçən 1950-ci il təvəllüdlü Bakı şəhər sakini Həsənağa Bayramovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır”, – deyə məlumatda bildirilir.

COMMENTS