Bakıdan mesaj: İŞİD iki girovu buraxdı

İraqda terrorçuların qaçırdığı 18 türk işçisindən ikisi sərbəst buraxılıb.   

Dosye.org Axar.az-a istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Firudin Sinirlioğlunun sözçüsü mətbuat konfransında deyib.   

Nazirin mətbuat katibi Tanju Bilgiçin sözlərinə görə, Necdət Yılmaz və Ercan Özpilavcı Bəsrə bölgəsində azad edilib.  

Nazirlik rəsmisi hər iki işçinin özlərini yaxşı hiss etdiklərini və girovların da vəziyyətinin normal olduğunu açıqlayıb. T.Bilgiç digərlərinin də sərbəst buraxılacağını güman edib.   Xatırladaq ki, iyulun 2-də silahlı şəxslər 18 türk işçisini qaçırıb. Onların “İslam dövləti”nin əsiri olduğu ehtimal edilir.

COMMENTS