Bakıdan Vaşinqtona birbaşa təyyarə reysi açıldı

Təyyarə 11 saat uçuşdan sonra ABŞ paytaxtına enəcək

 

Azərbaycan Hava Yolları (AZAL) Vaşinqtona yeni reys açıb. Jurnalistlərə açıqlamasında AZAL-ın sədr müavini Sabir İlyasov deyib ki, Bakıdan Vaşinqtona birbaşa uçuş həyata keçirən ilk təyyarə bu gün səhər 6:00-da yola düşüb. Təyyarəmiz 11 saatlıq uçuşdan sonra saat 17:00 radələrində Vaşinqtona enəcək.

İlk olaraq həftədə 2 uçuş nəzərdə tutulub. Cədvəldə isə hər həftə ABŞ paytaxtına 3 uçuşun həyata keçirilməsi nəzərdə tutulub. Bu gün reallaşan ilk səfərdə təyyarədə 30 sərnişin olub. Gələcəkdə sərnişinlərin sayının artacağı gözlənilir. (Lent.az)

COMMENTS