Top.Mail.Ru

Bakının əsas girişi bağlanır (SƏBƏB)

Bakının əsas girişi bağlanır (SƏBƏB)

Bakıda yolda sürüşmə baş verib.
Qaynarinfo Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, yolda baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.
Bildirilir ki, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur.
Məhdudlaşma ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.
DOSYE.ORG

COMMENTS