Bakının bu hissəsi işıqsız qaldı

Bakının bu hissəsi işıqsız qaldı

Bakının Xətai rayonu, Gəncə prospekti ərazisində elektrik enerjisi təchizatında problem yaranıb.

Dosye.org  xəbər verir ki, bir neçə dəqiqə öncə sözügedən ərazidə işıqlar kəsilib.

“Azərişıq”dan əldə edilən məlumata əsasən, ərazidə qəza baş verib.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması üçün mütəxəssislər hadisə yerindədir.

Dosye.org

COMMENTS