Bu gün Bakının mərkəzi küçələrindən birində maraqlı anlar yaşanıb
Hadisə polis əməkdaşının birbaşa iştirakı ilə baş verib.
Bildirək ki, Bakının mərkəzi küçəsində yerləşən Nizami kinoteatrının qarşısıda yol bütün istiqamətlərdə bağlanıb. Lakin maraqlı məqam bu deyil. Ən azından ona görə ki, bu, şəhərdə son illərdə ən çox rastlaşdığımız mənzərədir.
Məsələ bundadır ki, yol bütünlüklə bağlı olduğu və təbii olaraq nəqliyyatın həmin ərazidə hərəkəti olmadığı halda yol polisi piyada keçidinin yanında dayanaraq insanları keçiddən istifadə etmədiyinə görə cərimələyir.
Dosye.az Milli.Az-a istinadən xəbər verir ki, redaksiyaya edilən müraciətdə oxucu bildirir ki, polis tərəfindən keçiddən istifadə etmədiyinə görə saxlananda ona iradını bildirib və insanları qanunsuz cərimələdiyini söyləyib. Çünki həmin ərazidə nəqliyyatın hərəkəti mümkünsüz olduğundan insanların keçiddən istifadə edərək yolu keçməsinə də ehtiyac qalmır.
“Mənə keçiddən istifadə etməməyin qanun pozuntusu olduğunu dedi. Təkrar geri qayıdıb düz yolun ortasında dayandım və cərimələnməyimi tələb etdim. Müxtəlif bəhanələrlə tələbimdən yayındı”.
Oxucu onu da əlavə edib ki, həmin vaxt elə həmin ərazidə polisin diqqət yetirməli olduğu daha ciddi məqam olub. Belə ki, həmin qanun keşikçisinin düz 10 metrliyində, yolun bağlı hissəsində motosikletçiler şou göstərir və sözün həqiqi mənasında insanların həyatı ilə oynayırdılar.
Oxucunun dedikləri təqdim etdiyimiz videolar da təsdiqini tapır.
COMMENTS