Bakının mərkəzi yollarından biri bağlanır

Bakının mərkəzi yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

 

ANS PRESS-in məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən paytaxtın Koroğlu Rəhimov küçəsi təmir işləri ilə əlaqədar 3 gün müddətinə bağlı olacağı bildirilib.

Avtomobil sahiblərinə, sürücülərə təmir işləri başa çatana qədər alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

COMMENTS