Bakının mərkəzində top mərmisi tapıldı

Yasamal rayonunda qazıntı işləri aparılarkən döyüş sursatı aşkarlanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə FHN-nin “112” qaynar xəttinə məlumat daxil olub. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən ediblər ki, bu, istifadəyə yararsız və təlim-tədris təyinatlı 1 ədəd 100 mm çaplı top mərmisidir. Mərmi aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 16:24-də başa çatıb.

COMMENTS