Bakının Nizami rayonunda YAŞILLIĞA QƏNİM KƏSİLƏNLƏR…

Bakının Nizami rayonunda YAŞILLIĞA QƏNİM KƏSİLƏNLƏR…

Bakı şəhərində yaşıllıq ərazini hasara alıblar.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Nizami rayonu, Elşən Süleymanov küçəsi 72 A ünvanında yerləşən bina ətrafındakı park hasarlanıb.

Ərazidə restoran tikintisinin nəzərdə tutulduğu və buna qədər ağacların qurudulduğu deyilir.

Bakıda YAŞILLIĞA QƏNİM KƏSİLƏNLƏR...

Tikintiyə aidiyyəti qurumlardan icazə verilib-verilmədiyi bilinmir.

Qeyri-iş günü olduğu üçün sakinlər Nizami Rayon İcra Hakimiyyətindən məlumat ala bilmədiklərini qeyd ediblər.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Oxu.Az-a bildirilib ki, parkın hasara alınma cəhdinin qarşısı alınıb:

Bakıda YAŞILLIĞA QƏNİM KƏSİLƏNLƏR...

“Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nizami rayonu, Elşən Süleymanov 24 ünvanında şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib, beş və16 mərtəbəli yaşayış binalarının ətrafında istifadədə olan parkın hasara alınması faktı aşkarlanıb. Nəticədə Baş İdarə tərəfindən sözügedən tikinti işləri dərhal dayandırılaraq cəhdin qarşısı alınıb”.

Bakıda YAŞILLIĞA QƏNİM KƏSİLƏNLƏR...

Nizami Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, məsələ aydınlaşdırılacaq və məlumat veriləcək.

 

COMMENTS