Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, “20-ci sahə” yaşayış massivindən Sergey Qaqarin bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyat olunub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə məlumat verilib. Sergey Qaqarin polis əməkdaşlarına bildirib ki, tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Onun sözlərinə görə, yolla gedərkən tanımadığı şəxs ona hücum edərək bıçaqlayıb.
Faktla əlaqədar Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
COMMENTS