“Bakıya yaxşı nəticə ilə dönməyə çalışacağıq” – Qurban Qurbanov

“Bakıya yaxşı nəticə ilə dönməyə çalışacağıq” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının üçüncü turunda “Dnepr”ə qarşı oyun öncəsi mətbuat konfransı keçirib.

 

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, Bakıya uğurli nəticə ilə dönməyə çalışacaqlarını deyib:

“Sabah bizi çətin matç gözləyir. Rəqibimiz həqiqətən yaxşı oyun nümayiş etdirir. Komandada zədəli futbolçular olsa da, biz bunu düşünməli deyilik. Oyuna diqqətli hazırlaşmalıyıq. Rəqibin heyətində çox yüksək texnikalı futbolçular var”.

Q.Qurbanov Kiyevə oyuna bir gün qalmış gəlmələrinin xüsusi bir səbəbi olmadığını da bildirib.

“Bilirik ki, “Dnepr” də meydana qələbə üçün çıxacaq. Bizim üçün bu matç böyük təcrübə olacaq. Baxımlı futbol sərgiləyərək Bakıya yaxşı nəticə ilə dönməyə çalışacağıq” – deyə Q.Qurbanov qeyd edib.

COMMENTS