Balaca qızcığaz məktəbə tələsirdi, avtobus qəzasına düşdü

Balaca qızcığaz məktəbə tələsirdi, avtobus qəzasına düşdü

Məktəbli qız məktəbə tələsərkən təhlükə ilə üz-üzə qalıb.

 

Bu gün səhər evindən sevinclə çıxıb məktəbə yollanan məktəbli qızın mindiyi avtobus qəza törədib
Milli.Az xəbər verir ki, bu gün səhər saat 09:00 radələrində Badamdar şossesində 77 saylı sərnişin avtobusu qəza törədib. Şossedəki maşınların çoxluğundan yolun sağından onları ötüb keçmək istəyən avtobus kənarda park etmiş iki maşının yan hisslərəni parçalaya- parçalaya gedib.

Təşvişə düşən sərnişinlər avtobusu tərk etməli olublar. Avtobus sürücüsü isə təlaş içində zərərçəkmişlərlə məsələni necə həll etməyin yolunu axtarıb.

COMMENTS