Balakəndə Gürcüstan Respublikasının vətəndaşından narkotik vasitə götürülüb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.
RPŞ-yə daxil olmuş məlumat əsasında 1993-cü il təvəllüdlü, Gürcüstan Respublikası vətəndaşı və hazırda rayonun Sarıbulaq kəndində müvəqqəti yaşayan Kamil Ramiz oğlu İsgəndərov rayon ərazisində saxlanılıb. K. İsgəndərovun üzərində aparılan şəxsi axtarış zamanı 1 ədəd sellofon torbada təmiz çəkisi 395 qram olan narkotik vasitə hesab edilən qrudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
DOSYE.ORG
COMMENTS