Balakəndə məktəb yandı

Balakən şəhərində Uşaq Texniki Yaradıcılıq Mərkəzində yanğın hadisəsi baş verib.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyinin balansında olan ümumi sahəsi 600 kv.m birmərtəbəli Uşaq Texniki Yaradıcılıq Mərkəzinin 1 otağının yanar konstruksiyaları və içərisində olan avadanlıqlar 16 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

COMMENTS