Balakəndən Nəsib Məhəməliyevin yalanlarına daha bir etiraz

Son günlər Balakən rayonu ilə bağlı cumhuriyyət.az olaraq bir sıra yazılar dərc edirik.

Nöyabr ayında keçiriləcək parlament seçkiləri Balakəndə ciddi narazılıqlara səbəb olub. Belə ki, bu yaxınlarda Bakı şəhəri Nəsimi rayonunun icra başçısı vəzifəsindən vurulan Nəsib Məhəməliyev, parlament seçkilərində 109-saylı Balakən seçki dairəsindən namizədliyini irəli sürüb. Nəsib Məhəməliyev öz namizədliyinin Yap- tərəfindən irəli sürülməsinə nail olub.

Bu haqda hələ bir müddət əvvəl danışılmışdı.Nəsib Məhəməliyev bir qrup adamın yanında ağzından qaçırmışdı ki, deputat olmaq üçün tələb olunan məbləği ünvanına çatdırmışam. Cumhuriyyət.az olaraq biz bu fikirləri dərc etmişdik və yazdıqlarımız öz təsdiqini tapdı. Bu günlərdə bir qrup Balakən ziyalısı və ictimaiyyət nümayəndələri rayon seçicilərinin adından cumhuriyyət.aza yenidən müraciət ünvanlayıblar. Həmin sual dolu müraciəti dəyərli oxucularımızın diqqətinə təqdim edirik.

Çox hörmətli redaksiya. Bizlər bir qrup Balakən ziyalısı rayon seçicilərinin adından istərdik ki,bu müraciətimizi yenidən çap edəsiniz. Saytınızda son günlər dərc edilən yazılar rayonda geniş oxunmaqla yanaşı rayon ictimaiyyətini xeyli dərəcədə proseslərə diqqətli yanaşmağa sövq etmişdir. Əvvəla onu deyək ki, Nəsib Məhəməliyevin yaxın qohumları açıqca bəyan ediblər ki, Səbayıl rayonunun hazırki icra başçısı Eldar Əzizovun vasitəsi ilə eyni zamanda Bakı Sovetində işləyən xanımın köməkliyi ilə Nəsib Məhəməliyevin deputat olması üçün tələb olunan məbləği lazım olan ünvana çatdırıblar. İstəyirik ki,baş verənlərə azacıq aydınlıq gətirək.

Bir neçə gün bundan əvvəl Nəsib Məhəməliyev Balakəndə Yap-ın binasında bir qrup adamın qarşısında çıxış edib. O, çıxışı zamanı utanmadan özünün işlədiyi bütün dövrlərdə gördüyü işlərə görə fəxr etdiyini bildirmişdir. Nəsib Məhəməliyev qeyd edir ki, mən Balakəndə böyük nüfuza malikəm. Nəsib Məhəməliyev qeyd edib ki,mən işlədiyim dövrlərdə Balakən üçün çox işlər görmüşəm və rayon öz inkişaf dövrünü yaşayıb. Biz sual edirik.Nəsib Məhəməliyev,əgər siz belə yüksək nüfuza maliksinizsə onda niyə öz namizədliyinizi müstəqil deyil, yap- tərəfindən verdirirdiniz?

Əgər siz müstəqil şəkildə namizədliyinizi irəli sürsəydiniz,onda rayonda hansı nüfuza malik olduğunuzu gün kimi görərdiniz.İndi bir neçə milyon oğurluq pulu lazımi ünvana verməklə arxayınsınız ki, sonda torbadan sizi çıxaracaqlar.Sizin nəinki Balakəndə heç öz ailənizdə zərrə qədər nüfuzunuz yoxdur. Bu qədər böyük yalanlarla uşaqmı aldadırsınız? Axı siz hansı saleh əməl tutmuşsunuz ki,indi də nüfuz sahibi olduğunuzu qeyd edirsiniz? ”Nəsib,çox zilə qalxma” Çıxışı zamanı Nəsib Məhəməliyev qeyd edir ki, vaxtı ilə Katexdə stansiya tikdirmişəm.

Bu stansiyanın heç kimə xeyri dəyməyib. Çünki işlək vəziyyətdə olmayıb. Bu tikinti sırf mənimsəmə üçün həyata keçirilib və Nəsib bu layihədən əməlli-başlı yararlanıb. Digər tərəfdən Nəsib Məhəməliyev qeyd edir ki,rayonda ats- tikdirmişəm.Respublikanın bütün şəhər və rayonlarında həmin dönəmdə ats-binaları iki mərtəbəli tikilib. Bunu rayonları gəzib görmək olar.Ancaq nədənsə ats- binası Balakənə gəlib çatınca bir mərtəbəli oldu. Niyəsi məlumdur. Binanın bir mərtəbəsini Nəsib Məhəməliyev yedi.Nəsib Məhəməliyev qeyd edir ki,rayon icra hakimiyyətinin düz yanında böyük zibilliyi doldurmuşam.

Ancaq Nəsib demir ki,həmin doldurduğu zibilliyin yanında özü üçün böyük bir kafe tikdirib və hazırda oradan alınan aylıq kirayə pulu onun yaxınlarına çatır. Görən Nəsib Məhəməliyev Balakənə gələndə utanmırmi? Həmin söylədiyi doldurulmuş zibilliyin üzərində ondan sonra işləyən başçıların tikdirdiyi möhtəşəm mədəniyyət mərkəzini görmürmü? Bu mərkəzin açılışına dövlət başçısının şəxsən özü gəlmişdi. Bəs Nəsib bunları niyə demir?Görəsən Nəsib ictimaiyyət qarşısında nizamsız,rabitəsiz danişdığı sözlərindən utanırmı?

Nəsibin dövründə rayon təhsili açıq bazar idi. Nəsib bunu niyə demir? Nə tez çıxdı yadından?Yoxsa etiraf etmək mədəniyyəti çatmır.Səhvi etiraf etmək alicənablıqdır. Nəsibdə isə alicənablıqdan əsər-əlamət yoxdur.Nəsib Məhəməliyev çıxışında Azərbaycançılıqdan dəm vurur. Əgər o, Azərbaycanı bu qədər sevirdisə bəs nə üçün 1994-cü ildə rayonda millət söhbəti salan özü və qardaşı icra hakimiyyətinin binasını güllə-boran edirdilər?

Bəs bu dövlət idarəsi deyildimi?Yaxşı olmazdımı ki, Nəsib boşboğazlıq eləməkdənsə azacıq da olsa həmin illərdə baş verənlərə aydınlıq gətirsin?Əgər Nəsib vətəni belə çox sevirsə vaxtı ilə Balakəndə dəmir yolu vağzalının müdiri işləyəndə niyə lokomativin çənlərindən benzini oğurlayıb Gürcüstan vasitəsilə düşmənlərimiz olan ermənilərə satdırırdı? Bu vətənpərvərlikdir yoxsa vətənşüvənlik? Bu suala Nəsib aydınlıq gətirə bilərmi?

Biz istəyirik ki, bir neçə sualı Nəsib Məhəməliyevin bir daha diqqətinə ünvanlayaq. Biz istəyirik ki, bu sualları şeir qismində təqdim edək.

1.Mədəniyyət evinin arxasında deyirsən doldurmuşam katlavan

Yerində özünə tikdirdin restoran.

2.Yeni mədəniyyət evinə bax utan.

Nizami məktəbinin həyətini mağazalara satan

Yeni məktəblərə və bağçalara bax utan

Tikdirmisən zapravka xalqı edirsən talan.

3.Ulu öndərin Qabaqçöldəki büstünə

Qullar yoluna,yeni otelə,parka bax utan.

4.İtitaladakı qum karyeri ilə uddun kalan

İtitala mədəniyyət evinə,məktəbinə bax utan

5.Xəstəxananın yerini satan

Yeni xəstəxanaya bax utan

Nəsib,sən də özünü deputatmı sanırsan?

Axmaq kişi,deputatlığı asanmı sanırsan?

Hörmətli redaksiya,Xahiş edirik ki, müraciətimizlə bərabər bu şeirə bənzər ifadələrimizi də dərc edəsiniz. Nəsib Məhəməliyevi öz namizədliyini 109-saylı dairədən irəli sürməsi onun şəxsi işidir. Ancaq bizlər hesab edirik ki,onun mənəvi haqqı yoxdur ki, bu addımı atsın. Onun Balakənə rəhbərlik etdiyi dövrlər də hazırda deputat olmaq istəyi də Balakən və balakənlilər üçün təhqirdir. Ömür boyu rayona,onun sakinlərinə zülm edəsən,sonra da onlardan səs umasan. Zərrə qədər vicdanı,mənəviyyatı olan adam bu addımı atmaz.

Redaksiyadan:Yazıda adı çəkilən Nəsib Məhəməliyevin də mövqeyini dərc etməyə hazırıq.

COMMENTS