Balakəndə ev yandı

Balakəndə ev yandı

Hadisə bu gün saat 12:25 radələrində rayonun Katex kəndində İsa İsrafil oğlu Hudulova məxsus, ümumi sahəsi 126 kv/m olan 4 otaqlı ikimərtəbəli evdə qeydə alınıb.

 

Dosye.org Kanal S-ə istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin Balakən rayon DYMH-nin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb.

Yanğın nəticəsində evin dam örtüyü tamamilə, bir otaq içərisindəki əşyalarla, daha bir otağın isə tavan hissəsi yanıb. Yanğın zamanı ev sahiblərindən və yanğınsöndürənlərdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

COMMENTS