Balayev yenə oynamadı, komandası uduzdu

Balayev yenə oynamadı, komandası uduzdu

Millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi “Turan” Qazaxıstan Premyer Liqasında 4-cü tur oyununu keçirib.

Qol.az xəbər verir ki, komanda “Tobol”un qonağı olub və 0:3 hesabı ilə uduzub.

E.Balayev sözügedən görüşdə iştirak etməyib. Onun adı matçın iştirak ərizəsində yer almayıb. Beləliklə, Emilin  bu dəfə də debütü reallaşmayıb.

Qeyd edək ki, millimizin eks-futbolçusu Vaqif Cavadovun hazırda məşqçisi olduğu “Turan” hazırda ölkə çempionatında 1 xalla 14 komanda arasında 13-cüdür. “Tobol” isə 10 xalla 1-cidir.

DOSYE.ORG

COMMENTS