Balıqçı pələng-akulanın qurbanı oldu

“The Associated Press” Havay adasında baş vermiş hadisə barədə xəbər yaıb.

20 yaşlı balıqçı Mixail Pollardın qarmağına bu dəfə pələng-akula düşüb. O, öz dostu ilə akulanı sahilə qədər dartıb, gətirib.

Mixail istəyir ki, qarmağı akulanın ağzından çıxarsın və təhlükəli balığı yenidən okeanın dərinliyinə itələsin.

Hadisə çərşənbə axşamı səhər saatlarında baş verib. O və dostu qarmağı balığın ağzından çıxarandan sonra balığı geriyə – okeanın dərinliyinə sürüməyə çalışıb.

Bu vaxt 3 metrlik akula qəfildən sıçrayaraq, balıqçının sol ayağını dişlərinə keçirib və onu çeynəyib.

Nəticədə akulanın ağzından güclə qurtaran gəncin ayağına 38 tikiş qoymaq lazım gəlib.

COMMENTS