“Baloğlan Əşrəfov, mərdi qova-qova namərd etməyin”- Elman Nigaran

“Spes” telekanalında “Sevimli Şou” diqqətimi cəlb etməyə bilməzdi. Əlbətdə ki, söhbət sevimli müğənni və əməkdar artist Baloğlan Əşrəfovdan gedir. Bir çoxları deyir ki, ay Elman ağsaqqal adamdır fikir vermə.

Xatırlayırsınızsa dosye.org saytına daxil olan informasiya həqiqəti əks etdirmədiyi üçün saytımız tərəfindən təkzib verildi və dərhal sevimli müğənninin yaxınlarından, əzizlərindən üzür istənildi.

Təbii ki, xoşagəlməyən informasiya bizləri də sarsıtdı. Baloğlan Əşrəfovla telefon danışığı zamanı da dönə-dönə ona Ulu Tanrıdan möhkəm can sağlığı və üzün ömür arzuladıq. Baxmayaraq ki, bizimlə əsəbi halda danışan müğənni sonda məsələyə nöqtə qoyulduğunu söylədi.

Gözləmədiyim an Baloğlan Əşrəfov tərəfindən inanılmaz açıqlamaların şahidi oldum. “Lent.az”, “ANS PRESS” və “Ölkə.az” saytlarında “Axmağın biri ağlına gələni yazıb. Bu iş belə qalmayacaq, məhkəməyə müraciət edəcəyəm” açıqlamalar insanı hövsələdən çıxartmasın neyləsin?

Fürsətdən istifadə edib Baloğlan Əşrəfova cavab vermək məcburiyyətindəyəm.

Baloğlan müəllim, istər canlı yayımda, istərsədə saytlara verdiyiniz açıqlamalar heç də sizə başucalığı gətirməz. Gah axmaq, gah tərbiyəsiz və bu kimi alçadıcı ifadələr cavabsız qalmayacaqdı.

Təhqir etmək, məhkəmə ilə hədələmək böyük qanun pozuntusudur. Özümə borc bilib xatırlatmaq istəyirəm ki, dövlət var və dövlətin qanunları hər birimiz üçün ən önəmli amillərdəndir. Əgər rəhbər olduğum saytda sizin haqqınızda xoşagəlməyən informasiya yayılmışdısa büyürüb məhkəməyə müraciət edə bilərdiniz. Tanımadığınız insana tərbiyəsiz demək, onu alçatmaq dünyagörüşünüzdən xəbər verir. Bunu danmaq əsla günahdı. 

Telefon danışığı zamanı məhkəməyə verəcəyinizi söylədiniz, mən də çoxlu məhkəmələr gördüyümü nəzərinizə çatdırdım. Sizin cavabınız necə oldu? Siz məmur olsaydınız telefon danışığımız bu gün ölkə mətbuatın gündəlik mövzüsuna çevriləcəkdi (Sanki mənimlə telefonda danışan Baloğlan Əşrəfov başqa bir dünyanın insanı idi-red). Və aydın olardı ki, bu iddialar əsassızdır. 

Təkzibdən sonra bu cür açıqlamalar siz Baloğlan Əşrəfova yaraşmaz. Hətda inana bilmirəm ki, siz Baloğlan Əşrəfova telekanalların dəvəti reklam gətirər. Sizin səmimiyyətinizə inanıb əminliklə deyə bilərəm ki, bir daha bu məsələ telekanallarda mövzü olmayacaq.

COMMENTS