“Bandotdel” daha bir iş adamını həbs etdi

“Bandotdel” daha bir iş adamını həbs etdi

Azərbaycan Beynəlxalq Bankından götürülən külli miqdarda vaxtı keçmiş kredit borcu ilə əlaqədar daha bir iş adamı həbs edilib.

APA-nın məlumatına görə, “General Construction” şirkətlər qrupuna daxil olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Onun barəsində məhkəmədə həbs-qətimkan tədbiri seçilib.

C. Həsənovun hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir.

COMMENTS