“Banklara 600 milyon manat ayrıldı, ancaq kredit faizləri hələ də aşağı salınmır” – Vahid Əhmədov

“Banklara 600 milyon manat ayrıldı, ancaq kredit faizləri hələ də aşağı salınmır” – Vahid Əhmədov

“Maliyyə Nazirliyi və Mərkəzi Bank bu məsələni nəzarətə görtürməli, kredit faizlərinin aşağı salınması ilə bağlı konkret təkliflər hazırlamalıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün başlayan payız sessiyasının ilk iclasında çıxış edən millət vəkili Vahid Əhmədov səsləndirib.

Millət vəkilinin sözlərinə görə, bank sektoru ölkənin iqtisadi inkişafına töhfə vermir:

“Dövlət problemli kreditlərlə bağlı məsələnin həlli üçün banklara 600 milyon manat ayırdı.

Ancaq buna baxmayaraq, banklar kredit faizlərini əvvəlki kimi yüksək həddə saxlayırlar.

Çox təəssüf ki, bu gün bank sektoru ölkə iqtisadiyyatının inkişafına gözlənilən töhfəni vermir.

Maliyyə Nazirliyi və Mərkəzi Bank bu məsələni nəzarətə götürməli, kredit faizlərinin aşağı salınması ilə bağlı konkret təkliflər hazırlamalıdır”.

DOSYE.ORG

COMMENTS