Cəlilabad sakinləri yeni icra başçısından narazılıq edirlər


Cəlilabad sakinləri yeni icra başçısından narazılıq edirlər

Font ölçüsü

Əlil arabasında icra başçısı ilə görüşə can atan Rəşad idarənin işçiləri tərəfindən də təzyiqlərə məruz qaldı

Bölgə TV-nin Cəlilabad rayonunda lentə aldığı görüntülər rayonda durumun acınacaqlı olmasından xəbər verir. Təqdim edilən videodan da göründüyü kimi, rayon sakinləri Cəlilabada yeni təyin olunmuş icra başçısı Namiq Zeynalovdan son dərəcə giley-güzar edirlər. “Dərdimizi kimə deyək?“ – deyə yaşlı bir qadın rayon rəhbərliyi ilə görüşmək niyyətində olduğunu bildirsə də, onu qəbul olmadi.

Şahidi olduğumuz görüntülərdən o da bəlli oldu ki, icra başçısı nəinki sıravi vətəndaşları, hətta Komanlı kənd sakini, I qrup əlil olan Rəşad adlı şəxsə qarşı belə saymamazlıq etdi.

Əlil arabasında icra başçısı ilə görüşə can atan Rəşad idarənin işçiləri tərəfindən də təzyiqlərə məruz qaldı. Ona nə köməklik etdilər, nə də prolemlərini dinlədilər. Bir sözlə, şikayətçilər dərdlərini bölüşmək üçün sıraya düzülsələr də, onları dinləyən Namiq Zeynalov üzə çıxmadı.

Halbuki, rayon icra başçısı öz səlahiyyətlərini yerine yetirməyə borcludur. Hakimiyyətin bölgüsü prinsipinə görə icra hakimiyyəti dövlət hakimiyyətinin digər sahəsiNİ təşkil edir. Bundan başqa, ölkə rəhbəri İlham Əliyevin göstərişinə əsasən, məmurlar vətəndaşları dinləməyə, onların problemlərini həll etməyə borcludurlar. Cəlilabad icra başçısı isə əksinə. “Burda mənəm, Bağdadda kor xəlifə” deyibən yerli camaatı incitməkdən çəkinmir. Vəzifə icrasına yeni başlamış bu rəhbəri görəndən bəri yerli sakinlər, fevralın 2-də cəlilabad rayon icra başçısı vəzifəsindən Yasamal rayon icra başçısı vəzifəsinə təyin edilmiş Əziz Əzizova şükürlər edirlər. Necə deyərlər, “pisi görməsən, yaxşının qədri bilinməz”.

Məsələyə qayıdacağıq.

Şəlalə İsmayılova

Günel Ayxan

Emin Süleymanov

Niyaməddin Əşrəfov

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.