Zəngilan rayonundan məcburi köçkün prezidentə MÜRACİƏT ETDİ


Zəngilan rayonundan məcburi köçkün prezidentə MÜRACİƏT ETDİ

Font ölçüsü

Azərbaycan Respublikasının Prezidenti, Möhtərəm İlham Əliyev Cənablarına

Surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, “Heydər Əliyev Fondunun” Prezidenti, YUNESKO və İSESKO-nun xoşmərəmlı səfiri, Azərbaycan Respublikasının Birinci Xanımı, millət vəkili

Hörmətli, Mehriban Xanım Əliyevaya

Surəti: Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri

Cənab Əli Həsənova

Surəti: “dosye.org” redaksiyasına

Mən-Zəngilan rayon məcburi köçkünü, kimi 1993-cü ildən Sumqayıt ş. 9-cu mk/rn, ev-30, mən-32 ünvanında məskunlaşmışam. Oğlum, gəlinim və 2 nəvəmlə birgə bu ünvanda yaşayıram.

Qızımın həyat yoldaşı məxsus 1 otaqlı mənzili 2014-cü ildə oğluma bağışladığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq kommunal xərclərimizi ödəmək üçün bizə (mən, oğlum və 2 nəvəmə hər birimizə 36 manatdan) ayrılan 108 manat puldan məhrum edildik.

Lakin oğluma bağışlanan 1 otaqlı mənzil 2017-ci ilin aprel ayında geri alındığı üçün kommunal xərclərimizi ödəmək üçün dövlətin bizə ayırdığı vəsait-108 AZN 2017-ci ilin may ayından etibarən bərpa edilməli idi.

2017-ci ilin avqustunda Dövlət Başçımıza etdiyim müraciətdən sonra hesabımıza yalnız 1 ayın, 2017-ci ilin dekabr ayı üçün hər birimizin kartına 36 manat pul köçürüldü.

2017-ci ilin aprel ayından etibarən oğlumun adında mənzil olmaması barədə rəsmi arayış olmasına baxmayaraq, 2017-ci ilin 7 ayı üçün (may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları) nəzərdə tutulan komunal xərclərimizin pulu ödənilmir.

Kommunal xərclərimizi ödəmək üçün dövlətimizin bizə ayırdığı vəsaiti Qaçqınlar komitəsi 2017-ci ilin may ayından bərpa etməli idi. Qaçqınkom 8 ay ərizndə məhrum olduğumuz kommunal xərcin 1 ayını ödədi. 7 ayın pulu ödəmədi. 4 nəfərdən ibarət olduğumuzu və bizə ayda 108 manat (hər birimizə 36 manatdan) kommunal xərcin ayrıldığını nəzətrə alsaq 7 ay üçün ödənilməyən kommunal xərcimiz 756 manat təşkil edir.

Ailəmizin durumu çox ağırdır. Mənim aldığım təkcə pensiyadır. Nə oğlum işləyir nə də gəlinim. 2 nəvəm də orta məktəb şagirdləridir.

Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Hörmətli Cənab Prezidentimiz hər zaman qaçqınlara və məcburi kçkünlərə xüsusi diqqət, qayğı ilə yanaşaraq, onlardan Öz xeyrxahlığını əsirgəməyib.

Xahiş edirəm qeyd olunanları nəzərə alaraq, kommunal xərclərimizin ödənilməsi üçün 7 ay ərzində (may-noyabr) məhrum edildiyimiz 756 manat pulun hesabımıza ödənilməsi üçün “Dövlətqaçqınkom”-un rəhbərliyinə göstəriş verəsiniz.

Öncədən Sizə minnətdarlığımı bildirirəm.

İmza: Mahmudov Məhərrəm İmamverdi oğlu

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.