Xızıda daha bir BİABIRÇILIQ: Prokuror şikayətçiyə qarşı cinayət işi açır


Xızıda daha bir BİABIRÇILIQ: Prokuror şikayətçiyə qarşı cinayət işi açır

Font ölçüsü

"Mənim hüquqlarım kobud şəkildə pozulub. Heç bir halda haqqımı halal etməyəcəyəm və lazım gəlsə sona qədər mübarizə aparacaqam".

Bu sözləri dosye.org-a vətəndaş Xəqani Məmmədov bildirib. Onun sözlərinə görə, Xızı bələdiyyəsinin sədri Xaliq Qasımov və “ağsaqqalı” Mövsüm Bağırov tərəfindən dələduzluğa məruz qalıb. Belə ki, Xızı rayonunda fərdi ev tikintisi üçün aldığı torpağ sahəsi Zülfüqarlı qardaşlarına dolayısı yolla satılıb. Bunlardan əlavə torpağın sənətləşməsi üçün bələdiyyə sədri X. Qasımov vətəndaş X. Məmmədovdan küllü miqdarda (10 000 min manat) rüşvət alaraq, ona köməklik göstərməsinə söz verib.

Lakin bələdiyyə sədri sonradan verdiyi söz tutmayaraq Zülfüqarlı qardaşları ilə bazarlıq edir. Dərin araşdırmalarımızdan sonra məlum olur ki, adı hallanan şəxslərə dəstək göstərən məhz Xızı rayon prokuroru İlham Məmmədovdur. Məlum hadisə ilə əlaqədar Xəqani Məmmədov Baş Prokurorluğa, Prezident Aparatına və digər qurumlara rəsmi müraciət edərək üzləşdiyi haqsızlıqlar barəsində məlumat verir. Hətda Baş Prokuror cənab Zakir Qaralov Xızı rayonunda vətəndaşları qəbul edərkən şikayətçi X. Məmmədovun işini yenidən araşdırmasına göstəriş verir.

Əlbətdə ki, ölkə vətəndaşlarının güvən yeri və eyni zamanda dinləyib problemlərinin həlli istiqamətində böyük işlər görən dövlət məmurlarından biri cənab Zakir Qaralovdur. Bunu qeyd etməmək ən azından haqsızlıq olar. Böyük ümüdlərlə haqqın bərqərar olacağını düşünən Xəqani Məmmədov bütün düşündüklərinin əksini gördü. Haqqını tələb edən şəxs barəsində qondarma cinayət işi açılacağı gözlənilir. Bir faktı nəzərinizə çatdıraq ki, Zülfüqarlı qardaşlarının maliyyə imkanı hətda şikayətçinin həbsinin reallaşmasına gətirib çıxarar. Görünür, haqqını tələb edən X. Məmmədovu gələcəkdə ağır ittihamlar gözləyir.

Unutmaq lazım deyil ki, Zülfüqarlı qardaşları bir zamanlar PA rəhbəri cənab Ramiz Mehdiyev haqqında xoşagəlməz yazılarla sosial şəbəkəni meydana çevirmişdilər. Axı, dövlətimizin qorunmasında, müstəqilliyimizin bərqərar olunmasında cənab Ramiz Mehdiyevin danılmaz xidmətləri olub. Bələdiyyə sədri Xaliq Qasımov və prokuror İlham Məmədov bütün qeyd etdiklərimi yaxşı xatırlayar.

Zülfüqarlı qardaşlarınin bu ölkədə hansı xidmətləri olun? Hansı haqla vətəndaşın torpağını saxta yolla əlindən alır? Axı, bizim qüdrətli dövlətimiz var. Xızı RİH başçısı Xəzər Aslanov təyinatdan əvvəl cənab prezident İlham Əliyevin tapşırıqlarını nə tez unutdu? Prezident çıxışında dəfələrlə vurğulayıb ki, məmurlar və övladları özlərini yaxşı aparmağı bacarsınlar və vətəndaşları incidməsiznlər. Sualım Xəzər Aslanovadır. Cənab başçı, bələdiyyə sədri sizin icazəniz olmadan rayonda məlumatlı olduğunuz hadisəni törədmək ikdidarında ola bilərdimi? Və yaxud, PA rəhbəri cənab Ramiz Mehdiyevin ünvanına şər, böhtan dolu yazıların sifarişçisinə rəhbər olduğunuz rayonda neçə meydan verdiniz? 

İnanırıq ki, suallarımız cavabsız qalmayacaq.

Dosye.org olaraq bir daha bildiririk ki, redaksiyamıza şikayət qismində təşrif büyürən Xəqani Məmmədov tam dinlədikdən sonra saytda məlumat yayımlanıb. Səs yazıları və digər sübütlar təsdiq edir ki, Xızı bələdiyyə sədri X. Qasımov, Zülfüqrlı qardaşları və digər adı hallanan şəxslər tezliklə ifşa ediləcək. Bizim araşdırmalarımız davam edir...

Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.